Sevimli şairimiz Nəriman Həsənzadə “Gəzəyən qız” şeirini bu xanıma – dünyadan vaxtsız köçmüş həyat yoldaşına ithaf edib. Nəriman müəllim Azərbaycan poeziyasında həyat yoldaşına ən çox şeir qoşmuş şairdir. O, artıq 40 ilə yaxındır ki, tənha yaşayır, ailə qurmayıb.
Gəzəyən qız
Səni görübdülər dağüstü parkda,
Gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
Ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında
Sonra bir taksiyə mindiyin yerdə,
Sonra da evə gec döndüyün
yerdə.
Haraya gedibsən göz qoyubdular,
Adını “gəzəyən qız” qoyubdular.
Məni gözləyibsən dağüstü
parkda,
Gün bir az aşağı əyilən vaxtda.
Səni o kinoya mən aparmışam,
Özüm ötürmüşəm sonra, qadası
Od tutub yanağın, üzün
yanmasın,
Yenə görüşmüşük gedib bir
axşam:
əvvəl bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında,
Sonra bir taksiyə oturmusan sən,
Mənim görüşümə gecikdiyindən.
Özüm saxlamışdım bir dəfə səni
Bir az gec ötürdüm mən evə səni.
Gör necə yerbəyer, necə adbaad,
Məni görməyiblər,
Ay dadi-bidad!
MUASİRMEDİA.AZ