Aşıq Ələsgər məşhur “Güləndam” qoşmasını bu xanıma həsr edib-FOTO

Tarix
Allahyarova Güləndam Alməmməd qızı. 1834-cü ildə Kəlbəcərin Qaragüney kəndində anadan olub. 100-dən çox yaşı olub. Aşıq Ələsgər məşhur “Güləndam” qoşmasını bu xanıma həsr edib:
Səni gördüm, əl götürdüm dünyadan,
Ala gözlü, qələm qaşlı Güləndam!
Alma yanağını, ay qabağını
Görən kimi ağlım çaşdı, Güləndam!
Tovuz kimi şux bəzənib durubsan,
Ala gözə siyah sürmə vurubsan.
Sağ ol səni, yaxşı dövran qurubsan,
Bu dünyanın sonu puçdu, Güləndam!
Hеç dеmirsən, Ələsgərim hardadı?
Səbəb nədi, gülün mеyli xardadı?!
Mənim gözüm sənin kimi yardadı,
Hər cəfası mana xoşdu, Güləndam!

Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir