“Təhminə” filminin prodüseri Rəsul Quliyev

Mədəniyyət
Rasim Ocaqov “Təhminə” filmində Zaur rolu üçün əvvəlcə Leninqraddan suriyalı tapdı. Bunu çəkdi. Lakin bir gün zəng edib dedi ki, suriyalını qovmaq istəyir. Soruşdum niyə? nə vaxtdır, çəkilişlər gedir. Dedi ki, “Təhminə” – Meral Konratla onun arasında məhəbbət yaranıb və bu, çəkilişə mane olur. Meral isə buna razılıq verməyib, deyib ki, belə olsa, filmdə oynamayacaq. Meralla danışıb razı salmağımı xahiş etdi. Onunla da görüşdüm və dilə tutmağa çalışdım. Meral bildirdi ki, öpüş səhnəsinə 10-15 dəfə təkrar çəkilib və artıq eyni səhnələri çəkmək istəmir. Dedim, Rasim müəllimdən xahiş edəcəyəm, həmin səhnə 2 dəfə çəkilsin. O, bununla razılaşdı. Rasim Ocaqov da filmin yarısını tamamlamasına baxmayaraq, yenidən Fəxrəddin Manafovu həmin obraz üçün çağırdı”, – “Təhminə” filminin prodüseri Rəsul Quliyev.
muasirmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir