Ölüm Sonrası Qorxu: Dinlərin Maskalanmış Mexanizmi.

DIN
Ölüm Sonrası Qorxu: Dinlərin Maskalanmış Mexanizmi.
Dinlər dəyişir, adlar dəyişir, rituallar dəyişir. Amma bir şey daim eyni qalır: ölüm sonrası qorxu ilə insanı idarə etmək. İslamda bu, İnkir və Münkır mələkləri ilə baş verir. İnsan qəbirdə sorğuya çəkilir, cavab verə bilməzsə, əzabla cəzalanır.
Ancaq bu anlayışın islama haradan keçdiyi sual doğurur. Quranda bu mələklərin adı yoxdur. İnkir və Münkır obrazları sonralar, xüsusilə İslamdan əvvəlki yəhudi və zərdüşti inanclarındakı ölüm sonrası sorğu sistemlərindən təsirlənərək hədis və folklor vasitəsilə İslam inancına daxil olub. Zamanla bu qorxulu təsvirlər sadə xalqın zehni dünyasını formalaşdırmaq üçün geniş yayılıb – daha çox itaət, daha az sual vermək üçün.
Xristianlıqda Tanrının hökmü var, Zərdüştilikdə Çinvat körpüsü, Hinduizmdə Karma və Yama, Qədim Misirdə Ammit və tərəzi. Bütün bu miflərdə insan öləndən sonra hansısa güc tərəfindən sorğuya çəkilir və mühakimə olunur.
Amma bir sual dəyişməz qalır: bu “mühakiməçilər” insan sağkən harada idilər? Ac olanda, zülm görünəndə, məzlum haqqa çatmayanda? Heç yerdə. Çünki bu obrazlar həqiqi yardım yox, simvolik qorxu üçün yaradılıb.
Əsl məqsəd aydındır: insanı yaşadığı müddətdə itaətdə saxlamaq. Əgər bu dünyada cəza yoxdursa, heç olmasa ölümündən sonra gələcək bir “əzab” ilə qorxudaraq səni ram etmək.
Adlar dəyişir, dinlər dəyişir, qorxu eyni qalır.
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir