Rusiyanın başında olan qalmaqallardan tarixin təkrarlanmaq ehtimalı görsənir

Siyasət
Bütün gücünü Osmanlını çökdürməyə səfərbər edib birinci dünya müharibəsini başlatmış ingilisin başı qarışıq olanda, çar rusiyasında da məlum proseslər başladı
Çar-ingilis Rusiyası çökəndə,siyasi Rusiya, ikiyə bölündü.Bunlar, hakimiyyəti saxlamaq istəyən igilisin əlaltıları olan pyotrbaşlı ağ qvardiyaçılarla və hakimiyyətə gəlmək uğrunda savaşa girib vətəndaş müharibəsinə səbəb olmuş və yenə də ingilisin qurbanları olan qırmızı qvardiyaçılara bölünüb, məlum coğrafiyanı qan gölünə döndərdilər.Digər tərəfdən də, çar rusiyasının müstəmləkəsi olan xalqların azadlıq mübarizələri başladı.Belə olduqda cöğrafiyanın nəzarətdən çıxmaq təhlükəsini görən ingilis,qüvvələrini səfərbər edib çar Rusiyasının “çuxasını” dəyişdi və SSRİ adı altında,70 il Osmanlının varisi olan Türkiyə dövlətinə qarşı yaşatdı.1991-ci ildə SSRİ-nin dağılması rəsmən elan olunsa da Rus imperiyasının müstəmləkəsi olan Sovet Sosialist Respublikaları Rus-ingilis imperiyasının əsarətindən hələ də qurtula bilməyib.Bu əsarətin davam etməsində ingilislə əlbir olan Rusiya, hələ də imperialist siyasətindən əl çəkmir və bu işdə ingilislə əlbirdir.Lakin bu dəfə Rusiya, ağlara və qırmızılara deyil,mənsəbpərəst pyotrbaşlı antiruslara və vətənpərvər ruslara bölünə bilər ki, bu bölünmə də, yenidən Rusiyada vətəndaş müharibəsinə səbəb ola bilər və yaxud, artıq səbəb olmaq təhlükəsi rusiyanın qapısından içəridədir..
Belə ki, bir tərəfdən,ingilisə əlaltılıq edən pyotrbaşlı antirus qüvvələr, ingilislə birləşib regionu ingilisin əsarətinə tam təslim etmək məqsədi ilə Türkiyəyə qarşı savaş aparırsa,digər tərəfdən də,Rus xalqının rəzalətə düşdüyünü anlayan ruslar səfərbər olar, regiona-böyük coğrafiyaya sahiblənib sülh,barış,əminamanlıq gətirmək məqsədiyləTürkiyə dövləti və Rusiya içərisində vətənpərvər güclərlə, o cümlədən Rusiyada yaşayan çoxmilyonlu azsaylı xalqlarla birləşib, ingilislə əlbir olan mənsəbpərəst pyotrbaşlı antirus qüvvələrə qarşı savaş aça bilər.
Məlum məsələdir ki,Rusiyada keçən əsrin əvvəllərində baş vermiş vətəndaş müharibəsinin qanlı fəsadları və müstəmləkəçilik siyasəti Azərbaycandan və o cümlədən digər keçmiş sovet respublikalarından yan ötmədiyi kimi, indi də bu ingilis təhlükəsi, bütün məlum coğrafiyadan,o cümlədən Azərbaycandan və Türkiyədən yan ötməyəcək.
Bütün hallarda Rusiyada vətəndaş müharibəsi qaçılmaz hala gələ bilər və biz bilməliyik ki, ingilislə olan rus, həm rusiya ilə, həm də bizimlə deyil, ingilislə olmayan rus bizimlə-Türklə olacaq.
-Coğrafiyamıza sülhün, barışın, əminamanlığın , insanlığın gəlməsi, ədalətin zəfər çalması, əxlaqın təntənəsi üçün, coğrafiyamızın söz sahibi olan dövlətləri Türkiyə-Rusiya-Pakistan-İran birləşib, ingilisin əlin coğrafiyamızdan kəsməlidir.
-Dünyaya insanlığın gəlməsi üçünsə,bütün dünya gücləri birləşib ingilisin-iblisin başın kəsməlidir…!

P.S.- Təbii ki,ingilis deyərkən söhbət ingilis xalqından deyil,ingilis dövlətinin əsrlərdən bəri insanlıq əleyhinə yürütdüyü ədalətsiz və əxlaqsız siyasətindən gedir…

P.S.Bu yazı, 2017-ci ildə yazıldı və indi də aktualdır.

 MUASİRMEDİA.AZ
AYDIN ŞÜKÜROV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir