Nəsimi filmində Əmir Teymur- KİM OLUB?

Tarix
Nəsimi filmində Əmir Teymur obrazına həyat verən görkəmli aktyor, qeyri-adi səhnə danışığına malik, dramatik-psixoloji rolların misilsiz ifaçısı, zəngin yaradıcılığı ilə Gənc Tamaşaçılar Teatrında aktyor məktəbi yaratmış əvəzsiz sənətkar, Azərbaycan SSR Xalq artisti Yusif Vəliyev (1917-1980).
Xatirələrdən öyrənirik ki, Yusif Vəliyev üç dəfə ailə həyatı qurub. İlk dəfə evlənəndə aktyorun 20 yaşı olub. O, Şəki teatrında işləyərkən özündən on iki yaş böyük olan geyim ustası Rəbiyyə adlı qadınla evlənib. Ancaq onların rəsmi nikahı olmayıb. Sonralar Rəbiyyə xanım beyin qansızması keçirir və yatağa düşür. Birinci evliliyindən aktyorun Naira və Natəvan adlı qızları var idi. Aktyorun ikinci evliliyi də uğursuz olandan sonra o, 1965-ci ildə Gənc Tamaşaçılar Teatrına işləməyə gələn özündən 24 yaş kiçik aktrisa Zemfira Sadıqova ilə tanış olur. Həyat yoldaşından ayrılan Zemfira xanım Yusifin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan teatrına işləməyə gedir. Lakin, Yusif rejissor Şamil Mahmudbəyov vasitəsilə onu geri qaytarmağa nail olur. Şamil Mahmudbəyov onu “Torpaq, dəniz, od, səma” filminə çəkilməyə dəvət edir, aktrisa da razılıq verir. Amma o, geri qayıdandan sonra Yusif Vəliyev onu heç yerə buraxmır. Onlar ailə qururlar. Bu evlilikdən qızları Bahar dünyaya gəlir.
Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin, sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Ancaq aktyorun xanımı Zemfira Sadıqovanın sözlərinə görə “Axırıncı aşırım” filmində Həsən Seyidbəyli səsləndirməni Adil müəllimə tapşıranda, o deyir ki, – Həsən, sən komediya çəkirsən? Mənim səsimlə Kərbəlayi olmaz axı. Get, Yusif Vəliyevi çağır, o gəlib səsləndirsin. Yusif Vəliyevə bu xəbər çatanda o, Adil İsgəndərola küsülü olsa belə, gəlib həmin rolu səsləndirir.
Ömrünün son günlərində aktyor ürək ağrılarından şikayət edirmiş. Yaxınları onu xəstəxanaya aparırlar. İki ay orada müalicə olunur. Həyat yoldaşı və qızı martın 17-də onun yanına gedir, aktyor onları görən kimi hönkürtü ilə ağlayır. Ertəsi gün isə o dünyasını dəyişir. Yusif Vəliyev qızı Baharın ad günündə – martın 20-də “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılır…
1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏÇADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir