Bu barədə ölkənin baş Meteorologiya İdarəsi məlumat yayıb. Ölkənin şimal-şərqində yerləşən İvate prefekturasındakı Kudzi limanında 1,3 metr hündürlüyündə sunami qeydə alınıb.
Kamçatkada baş verən zəlzələdən sonra Yaponiyada əvvəlcə xəbərdarlıq, daha sonra sunami təhlükəsi elan edilib. Əksər bölgələrdə təxminən 3 metr hündürlüyündə sunami gözlənilirdi. İndiyə qədər Yaponiya sahillərində sunaminin hündürlüyü 40-30 santimetr təşkil edib. Yaponiya Baş nazirinin ofisi nəzdində böhran qərargahı yaradılıb. Bir sıra avtomobil və dəmir yollarında hərəkət dayandırılıb, ölkənin şimal-şərqindəki Senday hava limanının uçuş-enmə zolağı bağlanıb. Ən azı 356 min nəfərin təxliyəsi elan edilib.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİOĞLU
YAQUB MEHDİOĞLU