Yazıçı, publisist Hacı Qəni Camalzadə ilə görüş keçirildi.

Cəmiyyət
                                      Yazıçı ilə görüş
30.07.2025-ci il tarixində yazıçı, publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib. İlk öncə Azərbaycan Respublikasının Suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayon ziyalıları və qələm sahibləri, Rəsul Rza ev muzeyinin əməkdaşları ,araşdırmaçı publisis “Mentalitet”yeni nəslə sosial mənəvi dəstək İB sədri Mədəni-Niyyət qəzetinin baş redaktoru Hacı Rahim İsmayılov iştirak ediblər.Tədbirin aparıcısı gələn qonaqları salamlayaraq yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verib.Sonra söz yazıçı, publisist Hacı Qəni Camalzadəyə verilib. O öz yaradıcılığı haqqında, yazdığı tarixi romanlar və çox saylı hekayələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Ziyalılarımız və qələm sahibləri öz növbəsində yazıçının əsərləri haqqında danışaraq öz fikirlərini bildirib.Sonda MKS-nin direktoru bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib və xatirə şəkli çəkilib.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir