Nardaranda Kazino tikiləcək

ölkə
Prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmən və müğənni Emin Ağalarov Xəzər dənizinin sahilində – “Sea Breeze” ərazisində Avropanın ən böyük kazinosunu inşa etdirəcək.
Ağalarov bu barədə özünün “Instagram” səhifəsində məlumat yayıb.
“Bu sahədə böyük planlarımız var. Layihəni reallaşdırmaq üçün bütün razılaşdırma və icazə mərhələlərinin tamamlanmasını gözləyirik”, – Ağalarov bildirib.
O, 90.000 kvadratmetrlik sahəni əhatə edəcək və Nardardanda inşa ediləcək kazino layihəsinin ilkin maketini və vizual təqdimatını da izləyiciləri ilə paylaşıb.
Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunmuşdu.
2024-cü ilin oktyabrında Emin Ağalarov Nardaran qəsəbəsində tikdirdiyi “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini səsləndirib.
İyulun 29-da prezident süni adalarda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verən dəyişikliyi təsdiqləyib.

MM.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir