Bu əlamətdar tarix 2001-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis edilib.
Məqsəd – Azərbaycan dilinin dövlət dili kimi inkişaf etdirilməsi, qorunması və zənginləşdirilməsi işinə ictimai diqqəti artırmaq, ana dilimizə olan sevgini daha da gücləndirməkdir. Azərbaycan dili xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin, mədəni irsinin daşıyıcısıdır. Müasir ədəbi dilimizin formalaşması və inkişafı sahəsində M.F.Axundzadə, M.Ə.Rəsulzadə, B.Çobanzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, və xüsusilə də H.Əliyevin rolu böyükdür. Bu gün münasibətilə Azərbaycan dilinə, onun zənginliyinə və gözəlliyinə xidmət edən hər kəsi təbrik edirik. Ana dilimizə sevgi və qayğı göstərmək – hər birimizin vətəndaşlıq borcudur!
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU