Son 24 saat ərzində İranın Xuzistan əyalətinin Omidiyyə şəhəri 51° temperaturla planetin ən isti nöqtəsinə çevrilib. Bu ekstremal istilərin Azərbaycanda da müşahidə oluna biləcəyi sual doğurur.
Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, yay fəslində Qafqaz və Xəzər dənizi üzərində baş verən atmosfer prosesləri, əsasən qərb və cənub barik mərkəzlərinin təsiri altında formalaşır.
Cavid Hüseynovun sözlərinə görə, ölkədəki iqlim tipləri arasında yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil etdiyindən yay aylarında xüsusilə Mərkəzi Aran rayonlarında (Kür çökəkliyi), Xəzəryanı zonada və Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliklərində hava çox isti
“Bəzi günlərdə havanın maksimal temperaturunun 40-43°C olması müşahidə edilir, avqustun ortalarınadək yağış az yağır və quraqlıq olur. Yaxın günlərdə Bakıda, Abşeron yarımadasında və digər bölgələrdə müşahidə olunacaq hava şəraitinin isə iqlim normasına yaxın olacağı proqnozlaşdırılır”.
MUASİRMEDİA.AZ