Qartopu kimidir bütün yalanlar
Yuvarla,yuvarla böyüyəcəkdir .
Bəlkə sevgilərin laylası budur
Məni də dərd özü böyüdəcəkdir.
Şirin bir yuxunun xətri kimidir
Yaşıldır könlümün əncir ağacı.
Ağrımı başqa bir ağrı kiridir.
Çürüyən ruhumun bitir əlacı.
Kim idin? nə cürdün? Niyə eləydin?
Pərvazsız dərviş tək gəlmişdin axı.
Necə anlayardın, o cür deyəydim?
Baxıb gözlərimə gülmüşdün axı.
Sirr idim, düyündüm, mən kim üçündüm?
Kitab, mütaliə, fikir…bilirsən?!
Bir nağıl içində Simurq gücündüm
O div, o qaranlıq,o sən. Bitirsən…
Banu Muharrem
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ