Çində 40 yaşlı kişi sualtı mağarada 5 gün sağ qalıb

Dünya
Çində 40 yaşlı kişi suya daldıqdan sonra sualtı mağarada itkin düşüb və 5 gün sonra sağ tapılıb.
MM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, kişi çaya baş vurduqdan sonra suyun üzünə qayıtmayıb. Axtarış-xilasetmə qrupları günlərlə sualtı mağaralarda onu axtarıb, yalnız uzaqdan gələn zəif səsləri eşidiblər. Nəhayət, dalğıc yalnız 4% oksigen ehtiyatı ilə tapılaraq sudan çıxarılıb.
Məlum olub ki, o, təxminən 9 metr dərinlikdəki mağaraya girərək orada yolunu azıb. Kişi yalnız hava cibi (hava boşluğu) və çiy balıq sayəsində sağ qala bilib. Hadisədən sonra səhhəti yaxşı qiymətləndirilib. Dalğıcın dediyinə görə, tək istəyi siqaret çəkmək olub.
6 kişi ve yazı görseli olabilir
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir