Sosial şəbəkələrdə 35 yaşlı Rüfət Rzayevin Amerikada yaşayan bloger Mehman Hüseynova video göndərdiyi üçün həbs edilməsi haqda iddialar yayılıb.
Adının açıqlanmasını istəməyən qohumunun sözlərinə görə bir neçə gündür harada olmasından xəbər alınmayan Rüfətin Bakı şəhərində çəkdiyi videonu bloger Mehman Hüseynova göndərdiyi və videonun Mehman tərəfindən ictimailəşdirildiyi üçün həbs edildiyini öyrəniblər.
Məsələ ilə bağlı hüquqi yollara baş vurulduğu deyilir.

MM.AZ