“Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişiklik edib

ölkə

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişiklik edib.

 Bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru Şuranın tərkibinə daxil edilib, ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Şuranın tərkibindən çıxarılıb.

AZCON-un icraçı direktoru aşağıdakı komissiyaların tərkibinə daxil edilib:

– Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası;

– Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyası;

– Azərbaycan−Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası;

– Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya;

– Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiya;

– Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası.

Əvəzində ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru adı çəkilən komissiyaların tərkibindən çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir