Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.
Hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.
Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.
Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qəbələdə baş vermiş qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılardan birinin vəziyyəti ağır olduğundan helikopter vasitəsi ilə Bakı şəhər xəstəxanalarından birinə təxliyə olunub.
MM.AZ