Bununla bağlı Salyan rayon Mərkəzi Kitabxanasında keçirilən toplantıda yazarlar və ədəbiyyat adamları iştirak edib.
Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Zabil Pərviz, şair Firdovsi Sarvanlı, Salyan şəhər 2 saylı tam orta məktəbin ədəbiyyat müəllimi, Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun dissertantı Günel Orucova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva, şair Vüqar Çobanoğlu, tarixçi-tədqiqatçı Sahib Həsənov və başqaları çıxışlarında gənc ədəbi qüvvələrin fəaliyyətini daha da canlandırmaq məqsədilə “Ana Kür” ədəbi məclisinin yaradılmasının zəruriliyini vurğulayıblar. Toplantı iştirakçılarının rəyi ilə şair Firdovsi Sarvanlı ədəbi məclisin sədri, Günel Orucova isə sədr müavini seçilib. Firdovsi Sarvanlı çıxış edərək ona göstərilən etimada görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, qeyd edib ki, yeni yaradılan ədəbi məclisin səmərəli fəaliyyəti üçün yerlərdə görüşlər keçiriləcək, yaşlı və gənc yazarların yeni əsərləri təhlil ediləcək, ədəbiyyat adamlarının yaradıcılıq gecələri təşkil olunacaq.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU