“Papaq” filminin hamam səhnəsi çəkiləndə istirahət vaxtı Əliağa Ağayev çıxır çölə ki, hava alsın. Bir nəfər “Volqa”da keçəndə görür ki, məşhur aktyor oturub. Tez maşını saxlayıb deyir: “Əliağa qədeş, nə qulluq, sənün xətrivi dünyalar qədər istəyirəm”. Aktyor deyir: “Qulluğ sahibi olasan..Bir az sərin qarpuz-yemiş, təzə pamador -xiyar gətirsən, yaxşı olar..” Kişi “baş üstə” deyib gedir.. Bir azdan əlində yekə məcmeyidə qarpız, yemiş, sərin pivə, pamidor, xiyar, armud gətirir…Kino çəkənlər, texniki işçilər hərə bir tərəfdən gəlib birini götürür… Əliağa Ağayev deyir ki, “a bala, bir-bir”.. İşçilərdən biri deyir ki, “Əlağa əmi “obşiy” deyil bu? Əlağa Ağayev özünə məxsus səslə cavab verir: “Adə, hamam obşidi.. Bu mənimdü…”)))
Xaqani Səfəroğlu

MM.AZ