“Azərbaycanda qadınlar yad adamlarla rastlaşanda başlarını örtürdülər, bu mümkün olmadıqda isə, biz keçənə qədər üzlərini arxa tərəfə çevirirdilər. Buradakı türk kişiləri yaxşı bilirlər ki, istəsələr eyni anda bir neçə qadınla evlənə bilərlər, amma əsl kişilər bir qayda olaraq ancaq bir qadınla evlənir. Türklər arasında adət-ənənələri pozmaq nadir hallarda baş verir və baş verərsə, ciddi şəkildə cəzalandırılır. Türk qadının zərif geyindiyinə və həyat sevgisi ilə dolu olduğuna mən də şahid oldum”.
Alexander Petzholdt, alman-rus mənşəli səyyah, aqronom, tədqiqatçı (1864).
Qeyd: Orijinal mətndəki tatar sözü azərbaycan türkləri sözü ilə əvəz edilmişdir.
“Azərbaycanda qadına olan hörmət o dərəcədə güclü olub ki, qadın yaylığını açıb yerə atsa qanlı mübahisələr dayanardı. Qadın küçədə tək gedəndə at belində olanlar dərhal yerə düşüb onu evinə qədər müşayiət edərdilər. Ailə qurmaq məsələsi də bizdə çox ciddi mental dəyərlərə söykənirdi. Azərbaycanlıların milli-mənəvi dəyərlərinə görə hər hansı bir qızın yaxud qadının adı başqa yerdə çəkilirdisə, soruşan adam ya ciddi addımlar atmalı, ya da bu hərəkətinə görə ağır cəzaya razı olmalı idi. Ağır cəza isə ölüm idi”.
Zaur Əliyev, tarixçi, fəlsəfə doktoru, dosent.
Şəkil: Azərbaycanlı qız (1905) və azərbaycanlı müğənni Nigar Camal (2025).

MUASİRMEDİA.AZ