Bir dərvişə sual veriblər: — Bu dünyadan nə anladın?

DIN
Bir dərvişə sual veriblər:
— Bu dünyadan nə anladın?
Dərviş cavab verib:
— Ölülərin sevgi ilə anıldığı, dirilərin isə sevgisizlikdən öldüyü bir dünya gördüm. Ölülərin torpağına güllər əkdilər, amma dirilərin bağçasını talan etdilər. Acıdır… İnsan bu dünyada torpağın altına girdikdən sonra dəyər qazanır. Sözləri o zaman qiymətli olur, üzü o zaman darıxdırıcı, xatirələri o zaman əziz olur.
Amma sağlığında… Sağlığında çoxu səssiz bir qışqırığa çevrilir. Gözləri kədərli, səsi cavabsız, qəlbi sahibsiz olur.
Çünki biz sevgini məzarlığa saxlamışıq.
Yaşarkən bir “necəsən?” deməyə tənbəllik etdiyimiz insanlar, öldükdən sonra güllərlə, dualarla yad edilir.
Nə qəribədir, deyilmi?
Sağlığında qapısını döymədiyimiz adamların məzar daşına adını yazdırmaqla özümüzü ovudur, vicdanımızı sakitləşdiririk.
Biz bu dünyada sevgini itirdik.
Yaşayarkən sevməyi unutduq.
Öldükdən sonra göstərməyi mərifət saydıq.
Halbuki, heç bir gül sevgisiz torpaqda çiçək açmır…
Ona görə də şair demiş:
— “Sağlığında qiymət verin insanlara…”

1 kişi, Ağlama Duvarı ve Paris Yeraltı Mezarlığı görseli olabilir
MM.AZ  GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir