Dəyişikliklər, polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi daşıyır. Qanunda yeni müddəalara əsasən, müəyyən maliyyə vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək.
Bu vəsaitlər aşağıdakılardan ibarətdir:
1. Polis orqanları tərəfindən aparılan istintaq çərçivəsində dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə köçürülən məbləğin 5 faizi;
2. Cinayət məsuliyyətindən azad edilmə üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinə edilən ödənişlərin 5 faizi.
O da qeyd olunur ki, nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunacaq.
MM.AZ
MM.AZ