Pezeşkian Laricanini yüksək vəzifəyə təyin etdi

Dünya

Əli Laricani İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edilib.

İRNA-a məlumat yayır verir ki, bununla bağlı İran Prezidenti Məsud Pezeşkian sərəncam imzalayıb.

Qeyd edək ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri vəzifəsini tutub.
MM.AZ