7 il öncə bu tarix sevinclə yazılmışdı.
Gözlərdə ümid, ürəklərdə həyəcan vardı. Bu gün bir ömürlük birlik üçün atılan addımların başlanğıcı idi. Hər şeyin ən gözəli arzulandı İntiqam üçün…
Gözlərdə ümid, ürəklərdə həyəcan vardı. Bu gün bir ömürlük birlik üçün atılan addımların başlanğıcı idi. Hər şeyin ən gözəli arzulandı İntiqam üçün…
Amma həyat bəzən gözlənilməz yerlərdən alır insanı, heç kimə xəbər vermədən. İndi isə bu tarix həm sevinc, həm də həsrət hissi daşıyır. Onsuz keçən 5 il yoldaşı üçün yarım qalmış bir ömür, övladları atasız böyüyür, amma atalarının iziylə, adını başı uca daşıyaraq, güclü bir ananın, dayaqlı bir ailənin içində böyüyürlər.
Bəzən bir insan bu dünyadan köçər, amma özü ilə yalnız canını deyil, arxasında saysız boşluqlar buraxar… Elə bir yoxluq ki, nə illər unudar, nə də zaman sağaldar. Onun səsi kəsilər, amma xatirələri danışmağa davam edər.
İntiqam — sadəliyi ilə sevilən, tərbiyəsi ilə hörmət qazanan, sevgisi ilə yaddaşlarda qalan, əziz bir insan idi…
Bu gün onun yoxluğundan deyil, varlığı ilə qoyduğu dərin izlərdən danışılır.
Adı dillərdə, xatirəsi qəlblərdə, ruhu isə hər zaman bizimlədir.
Ruhu şad olsun. Xatirən daim hörmət və sevgi ilə yad ediləcək!



MM.AZ