Lənkəranda yanğın hadisəsi baş verib.
Hadisə rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 59 yaşlı Vasif Məlikova məxsus ikimərtəbəli evdə yanğın olub. Yanğının miqyasının qısa müddətdə sürətlənməsi əraziyə gələn yanğından mühafizə bölməsinin əməkdaşlarının işini çətinləşdirib. Ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır .
MM.AZ