Sumqayıtda pişiklərin dilini kəsməkdə ittiham olunan şəxs saxlanılıb

Cəmiyyət
Sumqayıtda heyvanlara qarşı qəddarlıq hadisəsi ictimaiyyətdə böyük narazılığa səbəb olub. Belə ki, sosial mediada yayılan məlumatlara görə, 1990-cı il təvəllüdlü Ə.Qəniyev adlı şəxs pişiklərin dilini kəsməkdə ittiham olunur.
Hadisə 3 avqust 2025-ci il tarixində, saat 17:48-də Sumqayıtın 17-ci mikrorayonunda, “Zoo Haus”un arxasında baş verib. Şahidlər tərəfindən lentə alınan videoda hadisənin detalları yer alıb.
Məsələ ilə bağlı dərhal polis orqanları hərəkətə keçib. Aparılan araşdırmalar nəticəsində, heyvanla qəddar rəftar etməkdə şübhəli bilinən Ə.Qəniyev müəyyən olunaraq polis bölməsinə çağırılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Bu hadisə, heyvanlara qarşı qəddarlığın cəmiyyətdə ciddi reaksiyalara səbəb olduğunu və bu cür əməllərin hüquqi məsuliyyət daşıdığını bir daha sübut edir.

MM.AZ
Təbriz Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir