Maestro Niyazi və həyat yoldaşı Həcər xanım, 1957-ci il. Sabah Niyazinin anım günüdür.
Görkəmli bəstəkarımız, SSRİ Xalq artisti Üzeyir Hacıbəyovun qardaşı oğlu idi. O, 1912-ci il avqustun 20-də Tiflisdə doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov isə (Üzeyir Hacıbəyovun qardaşı) Azərbaycanda musiqili teatrın banilərindən idi. Niyazi uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi Hacıbəyov dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürür. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə məşhur əsərini – “Rast” simfonik muğamını yazır. Böyük sənətkar Azərbaycan SSR Xalq artisti, SSRİ Xalq artisti adlarına, Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, “Çitra” baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb. Müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olub. 1984-cü ildə isə 72 yaşında vəfat edib.

MM.AZ