Rejissor Rasim Ocaqov hər zaman axtarışda olub -foto

Tarix
Rasim Ocaqov kinostudiyanın yeməkxanasında nahar edirmiş. Bu zaman diqqətini yeməkxanadakı gənc aktyor Hacı İsmayılov cəlb edir. Rasim Ocaqov yanında əyləşən şəxslə söhbət etsə də, diqqəti teatr aktyoru Hacı müəlimdə olur, ona diqqətlə baxır. Rejissor bir neçə dəqiqəlik müşahidədən sonra ayağa qalxır, aktyora yaxnlaşaraq əlini onun çiyninə qoyub deyir: “Səni yeni filmimdə baş rola çəkəcəm”. Bu, həmin vaxtadək heç bir filmdə baş rola çəkilməyən Hacı İsmayılov üçün əsl fürsət olur. Rasim Ocaqov film təcrübəsi olmayan gənc aktyoru “Ad günü” kimi gözəl filmə çəkməsi ilə özünün peşəkar rejissorluq qabiliyyətini bir daha sübut edir.

MUASİRMEDİA.AZ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir