Beş rayonda dənizkənarı ərazilərdə antisanitar hallara qarşı tədbirlər davam etdirilib.
Qaradağ, Xətai, Xəzər, Binəqədi və Xaçmaz rayonlarının sahilboyu ərazilərində keçirilən reydlər zamanı 14 şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
Tullantıların kənara atılması, texniki və məişət sularının düzgün axıdılmaması, qadağan olunmuş yerdə siqaret çəkmə halları aşkarlanıb.
Profilaktik nəzarət tədbirləri davam edir.

MUASİRMEDİA.AZ