Türk generalı Azərbaycanın müdafiə nazirinin müşaviridir

HƏRBİ
General, Bəxtiyar Ersay. Türk generalıdır, amma Azərbaycanın müdafiə nazirinin müşaviridir. Və amma bu yaxında Türkiyə prezidenti tərəfindən “Ordu generalı” yüksək rütbəsi almış. Qəribə də tarixcəsi var, bu günkü, iki ölkənin generalı kimi.
Kaddafi ölümü vaxtı Liviya, Tünis hadisələrində minlərlə türk vətəndaşının bu ölkələrdən təxliyə əməliyyatına komandanlıq etmiş, general Ersay. Amma… “Balyoz” hadisələrində həbs olunub da istintaq sonrası, günahı sübuta yetirilmiş hesab edilərək 16 il həbs verilir. Özü, hamı da düşünüb ki, illəri də, vəzifəsi də əldən getdi. Yenə amma! Həbsindən cəmisi 2 il 7 ay sonra, azadlığa çıxır.
Həbsində və çıxdıqdan sonra da təmkinlə: “Mən türk zabitiyəm. Dövlətdən, vətəndən küsmürəm, başımıza haqsız işlər gətirilsə də. Hər şərtlərdə “Vətən sağ olsun” demişəm, deyirəm, deyəcəm. Görünür ki, dövləti onu günahsız və haqsız həbs edibmiş. Bu, həm onu dövlətin tez azad etməsi və həm də, özünün “başımıza haqsız işlər gəldi” deməsindən görünür… Dövlət də səhv edərmiş.
Və yenə də amma! 90 milyonluq böyük dövləti təkəbbürünü kənara qoyub öz səhvini düzəltdi, rütbəsi, orduya alınmasını bərpa etmə addımlı vicdanlı etirafı ilə. Onu çıxdaş etmədi! Üstəlik, dövləti etimad göstərib də qardaş Azərbaycana ordu müşaviri göndərdi. Və bu etimadın verdiyi ruh, mərdlik hissi ilə, öz dövləti və Azərbaycana da yüksək vicdan hissilə xidmət edir, Ersay bəy.
Bəli, dünyada Allahdan, Yaradandan başqa heç kim müqəddəs, səhvsiz deyil. Dövlət də səhvsiz olmur, amma bəzən səhv etdiyi halda, təkəbbür hissini kənara qoyub, vətəndaşına etiraflı sərgi göstərməsi, dövlətin, xalqın da xeyirinə ola bilir.
3 kişi ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir