Bəzi meyvələrin çəyirdəkləri sağlamlıq baxımından faydalı olsa da, bəziləri zərərli və zəhərli ola bilər.

Baş səhifə

Bəzi meyvələrin çəyirdəkləri sağlamlıq baxımından faydalı olsa da, bəziləri zərərli və hətta zəhərli ola bilər.

Faydalı çəyirdəklər:

Üzüm çəyirdəyi – Güclü antioksidantlar ehtiva edir, qan dövranını yaxşılaşdırır, dərini qocalmadan qoruyur.

Nar çəyirdəyi – Lif və antioksidantla zəngindir, bağırsaq sağlamlığı üçün faydalıdır.

Qarpız çəyirdəyi – Sink, maqnezium, dəmir baxımından zəngindir; qovrulub yeyilməsi tövsiyə olunur.

Papaya çəyirdəyi – Antibakterial xüsusiyyətləri var, az miqdarda qəbul edilməsi məsləhətdir.

Zərərli çəyirdəklər:

Alma, armud, gavalı, ərik, şaftalı – Amigdalin adlı maddə tərkiblidir, orqanizmdə siyanidə çevrilərək zəhərlənmə riski yarada bilər.

Albalı və vişnə – Eyni şəkildə siyanid tərkiblidir, çeynənərək udulması təhlükəlidir.

Qısaca, bəzi çəyirdəklər faydalı olsa da, digərləri sağlamlıq üçün risk daşıyır və ehtiyatla yanaşmaq vacibdir.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir