Balakən rayonunda polis və sərhədçilər tərəfindən çətin dağlıq ərazilərdə keçirilən xüsusi əməliyyatla narkotik plantasiyası aşkar edilib, qanunsuz silah-sursat saxlayan və narkotiklərlə məşğul olan 6 nəfər saxlanılıb.
Tədbirlərdə 3 ayrı narkotik plantasiyasında əkilən çətənə kolları aşkarlanıb, 2 “Kalaşnikov” avtomatı, 6 ov tüfəngi və digər sübutlar müsadirə olunub.
Şübhəli şəxslər — Tahir İsmayılov, Oktay Qülüyev, Nizami Qarayev, Oruc Orucov, Elvin Papayev, Nasir Yetimov cinayət məsuliyyətinə cəlb ediliblər.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MUASİRMEDİA.AZ