Emin Ağalarov . “Sea Breeze”də fəaliyyət göstərəcək kazino barədə daha bir məlumat verib

ölkə
O, rəsmi instaqram hesabında yaranan bəzi suallara aydınlıq gətirib. Ağalarov bildirib ki, Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlılardır. O, ən azından turizm potensialına görə bu işi ölkəyə qaytarmaq istədiyini qeyd edib.
Ağalarovun sözlərinə görə, bu gün kazinosuz turizmin inkişafı bütün dünya təcrübəsindən geri qalır:
“İstəyirik ki, heç vaxt buraya gəlməyəcək əcnəbilər burada oynasınlar, beynəlxalq poker turnirləri keçirək. Monako, Makao, Şimali Kipr və Las-Veqasla yanaşı, kazinoların sayına görə beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu ilin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ən azı 12 beynəlxalq hotel operatoru ilə müqavilə imzalayaq və onları “Sea Breeze”də mehmanxana biznesi kimi birləşdirək”.
“Mövsüm xaricində bu hotellər turistlərlə dolu olacaq, turistlər də pul xərcləyirlər. Müvafiq olaraq, daha çox iş yeri, dövlət üçün daha çox vergi və daha çox turist. Bu da ölkəmizin çiçəklənməsidir” –Emin qeyd edib.
P.S. Ağalarovun gözündə ölkənin çiçəklənməsi belə həyata keçirilir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir