Prezident İlham Əliyevin ABŞ-a səfəri bir çox cəhətdən tarixi əhəmiyyət kəsb edir.
ABŞ–Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Artıq Əməkdaçlıq strateji tərəfdaşlığa doğru irəliləyir.
Səfər zamanı imzalanacaq “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.
MM.AZ