AXC RŞ NTK-nın sədri olmuş Əli bəy, Musayev vəfat edib

Cəmiyyət
Əli bəy Musayev, Haqqın rəhmətinə qovuşmuşdur.
Əli bəy, Milli Azadlıq Hərəkatının ilk fəallarından olaraq, AXC Qubadlı Rayon Şöbəsinin quruculuğunda namusla iştirak etmiş, Azərbaycanın Müstəqillik mücadiləsinə əxlaqla əmək vermişdir. AXC RŞ NTK-nın sədri olmuşdur. Ən çətin vaxtlarda,rusların rayonumuzda aqressiv repressiyası dövrü,mənimlə çiyin-çiyinə duran tək-tək Kişilərimizdən olmuş, ömrünün sonuna qədər də əqidəsindən dönməmişdir. Seçildiyi və təyin olduğu vəzifələrin öhdəsindən namusla gəlmiş,əxlaqla davranmış, cəsarətlə çalışmışdır.Allah sənə rəhmət eləsin,məkanın cənnət,yerin behişt olsun,Qardaş !
Qeyd :
Dəyərli əqidədaşlar,dostlar, Əli bəyin 3/7 mərasimi, 09 iyul 2024-cü il tarixdə, Sumqayıt şəhərində “ŞƏFA ” mərasim evində təşkil olunacaq.
 Əzizlərinə yaxınlarına səbr versin.
Allah rəhmət eləsin!
MM.AZ
AYDIN ŞÜKÜROV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir