Rusiya Ukraynanın Odessa vilayətindəki SOCAR-a məxsus neft bazasına beş “Shahed” pilotsuz aparatı ilə zərbə endirib.
Məlumatı “RBK Ukrayna” yayıb.
Mənbələrin məlumatına görə, hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. SOCAR-ın dörd əməkdaşı ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Yanğın qısa zamanda lokallaşdırılıb, təmir-bərpa işləri aparılır.
Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, zərbələr məqsədli olub və hücumun hədəfi barədə şübhə yoxdur. Bu, son həftələrdə SOCAR-la bağlı obyektlərə ikinci zərbədir: daha əvvəl Orlovka yaxınlığında Azərbaycan qazının ötürülməsi nəzərdə tutulan qazpaylayıcı stansiya zədələnmişdi.
MM.AZ
MM.AZ