Əhməddin Rəcəblini Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanı ilə təltif edib-foto

İdman
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev ölkə cüdosunun inkişafında misilsiz xidmətləri olan Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəblini 80 illik yubileyi münasibətilə qəbul edib.
Görüş zamanı Rəşad Nəbiyev cüdonun Azərbaycanda formalaşması və inkişafında mühüm rol oynamış yubilyarın məşqçi kimi qazandığı uğurları yüksək qiymətləndirib, onun uzun illər ərzində bu sahəyə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.
Tədbirdə ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və prezidentin müşaviri Natiq Bağırov da iştirak ediblər.
Sonda Rəşad Nəbiyev Əhməddin Rəcəblini 80 yaşının tamam olması münasibətilə Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanı ilə təltif edib.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir