Laçın işgaldan azad edildikdən sonra lşgaldan əvvəl Laçında yaşayan laçınlıların deyil , Laçına təyin olunmuş məmurların obyeklərinin vətəni oldu.
Bir cəsarətli jurnalistin Laçında araşdırma aparmasına ehtiyyac var.
Hansı məmurun Laçında neçə yerdə , neçə obyekti var və bu obyektlər hansı vəsait hesabına tikilib.
Sakinlərin evlərinin, tikilməsi üçün ayrılmış vəsait, bəzi məmurların şəxsi ticarət obyektlərinin tikilməsinə xərclənir, sakin isə hələ də,bəlkə də qaytardılar ümidi ilə laçına qayıdıb yaşayacagı günü gözləyir.
Mən xahiş edirəm aidiyyatıı qurumlardan mənim sualıma cavab versinlər.
Laçında məsgunlaşdırma hansı kataqoriyalarla həyata keçirilir.
Sıfırdan 27 ev tikilib, bu tikilən evlərin sahibləri hansı xidmətlərinə görə belə fərqləndiriliblər? İnanmıram ki, kiməsə rüşvət verib, tikdirələr, bəs onda bunun yolu nədir, deyin, biz də evlərimizi elə üsulla tikdirək.
Birinə imarət tikilir, digərinə nəinki ev tikilir, evinin qalıqları torpagın altında qoyulur, həyəti Balaxanı zibilliyinə çevrilir və bu Laçına bələdçi təyin olunmasından istifadə edərək , özünə imarət tikdirən, yalnız öz yaxın əqrəbalarına bələdçilik edən bələdçi müəllimin gözü qarşısında baş verir.
Çox hörmətli bələdçi müəllim, səni yalnız özünə imarət tikdirmək, yaxınlarına bələdçilik etmək üçünmü dövlət Laçına bələdçi təyin etmişdi?.
Gah cəbhəçi oldun, gah musavatçı oldun, 2003- də Musavat uduzdu həmən Yapçı oldun.yaxşı da elədin, fərasətli adamsan, zəmanənin nəbzini tutmaqda istedadlısan.
Evinin qonşulugunda özünə imarət tikdirib,bizim evləri erməni necə xaraba qoyub, eləcə də saxlasaydınız, ötüb, gedərdim.
Lakin hələ bu azmış kimi bizim həyətimizi zibilxanya çevirmək, bu mənəviyyatsızlıqdır.
Səndən soruşuram sən bu ölkə üçün nə əlahiddə xidmət etmisən ki, sənə dövlət imarət tikib?
Mənim isə sən Laçında baş memar olanda sənin də imzan olan sənədli- sübutlu torpagımda hansısa şirkət pul qazanmaq üçün özünə istilikxana tikibmiş?
Sən nəyin bələdçisi idin bəs?
Mən vətən xaini idimmi?
Nəslimizin, və ya mənim bəlkə nəsə ayıbımız vardı ki, bizi Laçından yox etmək istədiniz, Laçına yaraşdımadınız?
Biz Laçın davası aparanda, sənin bizim Laçın tələbimizdən vaz keçməyimiz üçün yekə məmurlardan bizə daşıdıgın təklifləri xatırlayırsanmı?
Nooldu, Indi mən Laçın xaini çıxdım, sən fədai?)
Hər kəs özünü də,nəslini də, sülaləsini də,yaxşı tanıyır.
Nəslim, sülaləm bu dərələrin bəyləri. Paşa bəy, Sultan bəy törəmələri, özümün Laçın mübarizəmi isə sən yaxşı bilirsən.
Çox təəssüf ,hələ ki bu vətəndə, yaltaq olmayan, fərari olmayan yaxşı yaşaya bilmir.
Vətənin dar günündə bu mən, bu da oglum.
qardaşım Şahin isə qazidir.
Bu dörd yanını abadlaşdırıb, xaraba olaraq saxladıgınız,üstəlik həyətini zibilxana etməyə cəhd etdiyiniz evdən vətənin dar günündə 3 kişi sinəsini qabaga verib.
Sən hanı, sülaləndən kim var?
Məhs buna görə soruşuram bələdçi müəllim.
Sən nəinlə, hansı əməlinlə, hansı xidmətinlə digər laçınlılardan üstünsən?
Bəlkə ,əksinə?
MM.AZ
MM.AZ