“Hər bir kişinin böyük vəzifəsi qızları dünyaya gətirməkdir, çünki onlar qədim soyumuzu davam etdirmək üçün uşaq dünyaya gətirən analar olacaqlar”.
Azərbaycan qadınları barədə qədimdən sovet işğalına qədər coğrafiyamızda olmuş bir adəti də yazmaq istəyirəm. Etnik kimliyindən asılı olmayaraq bizim coğrafiyada yaşayan xalqlarda əgər kişi müharibəyə gedib həlak olardısa, evin qadını onun paltarını divardan asar, cibinə də pul qoyardı. Övladları anadan pul istəyəndə: “Atanın cibindən al” deyərdi. Bunu ona görə edirdilər ki, atalarının adı evdə daim hallansın və övladlar ataları kimi mərd və cəsur böyüsünlər.
Azərbaycan qadını budur. Azərbaycan anası budur”.
MUASİRMEDİA.AZ
Zaur Aliyev , tarixçi, fəlsəfə doktoru, dosent.
Şəkil: Azərbaycanlı xanım, 1900-cü illər