Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 08 avqust 2025-ci il tarixində rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Züvüc və Bülüdül kəndlərində səyyar qəbul keçirib.
Qəbulda Züvüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züvüc, Zövnə, Çeşman, Arta kəndlərinin, Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bülüdül, Biləvər, Geskon, Gəndov, Xanəgah, Kekonu və Osyodərə kəndlərinin sakinləri iştirak edib. Sakinlər tərəfindən qaz xətinin çəkilişi, torpaq islahatının yenidən aparılması və yolların təmiri ilə bağlı müraciətlər səsləndirilib.
Səyyar qəbullarda vətəndaşların problem və təklifləri dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.
MUASİRMEDİA.AZ
ELŞƏN PƏLƏNGOV