Saakaşvili Əliyev və Paşinyanın Trampla görüşü barədə

Siyasət
“Sabah Vaşinqtonda son dərəcə mühüm tarixi hadisə baş verəcək: ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi imzalayacaqlar.
Əliyev və Paşinyan uzun müddətdir danışıqlar aparırdılar, lakin hər şey ABŞ prezidentinin müdaxiləsindən sonra sürətləndi. Bu gün dünya tarixinə Qafqazın Rusiyanın caynaqlarından azad olunduğu gün kimi düşəcək.
Rusiya Cənubi Qafqazın üç ölkəsindən ikisi üzərində hegemonluğunu rəsmi olaraq itirir və hələlik yalnız “Gürcü Arzusu” partiyası vasitəsilə Gürcüstan üzərində nəzarətini saxlayır, lakin görünür, bu nəzarət də uzun sürməyəcək”, — deyə Gürcüstanın sabiq prezidenti özünün “Facebook” səhifəsində yazıb.

1 kişi, haber odası ve yazı görseli olabilir
MM.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir