Qəribə taleli ata və oğul; – Səməndər Rzayev və Rəşid Səməndər. Hər ikisi az yaşayıb – Səməndər Rzayev 41, oğlu isə 45 yaşında vəfat edib. Hər ikisi aktyor olub. Halbuki Səməndər Rzayev oğlunun diplomat görmək istəyirdi. Övladının aktyor olmasını istəmirdi. Səməndər Rzayev də Əməkdar artist fəxri adını alıb, oğlu da. Hər ikisi sənətdə haqsızlıqla üzləşib. Səməndər Rzayev filmlərdə çox çəkilsə də, əksər epizodlar sonradan çıxarılıb. Bu da aktyora pis təsir edib. Oğlu da sənətdə ayrıseçkiliklə üzləşib, işlədiyi teatrdan kənarlaşdırılıb.
Allah hər ikisinə rəhmət eləsin!
MM.AZ