Biləsuvarda baş verən dəhşətli yol qəzası iki nəfərin ölümü, üç nəfərin isə xəsarət alması ilə nəticələnib.
MUASİRMEDİA.AZ xəbər verir ki,Hadisə 11 avqust axşam saatlarında Ələt–Astara avtomobil yolunda baş verib. Bakı istiqamətindən gələn və hərəkətdə olan “VAZ 21015” markalı avtomobilin sürücüsü – Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Niftəliyev idarəetməni itirib və onun avtomobili qarşıdan gələn “Mercedes” markalı avtomobilin önünə çıxıb.Qəza nəticəsində “VAZ 21015”-də olan sürücü Elşən Niftəliyev və onun iki aylıq körpəsi Ahu Niftəliyeva hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sürücünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib“Mercedes”in sürücüsü, Biləsuvar sakini Ağalı Cəfər Naib oğlu xəsarət almayıb. Lakin avtomobildə sərnişin qismində olan 1961-ci il təvəllüdlü Qurbanov Gülağa Rəhim oğlu və 1975-ci il təvəllüdlü Orucova Şəhla Hüseynağa qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, hadisə saat 18:15 radələrində yolun 90,5-ci kilometrliyində “99-BB-480” dövlət qeydiyyat nişanlı “Mercedes” ilə “99-SS-957” dövlət qeydiyyat nişanlı “VAZ 21015”in toqquşması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU