Əhməd Rumlunun həyatda çox sakit, özünü gözə soxmayan qəzəlxanın ilk filmi məhz “O olmasın, bu olsun” ilə başlayır. Bunu Əliağa Ağayev məsləhət edir. Hüseyn Seyidzadə hambal roluna bir neçə aktyoru sınasa da, bəyənmir. Ə.Ağayevin xahişi ilə rejissor onu çağırıb sınayır. Əhməd Rumlunu H.Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir. Epizodik rol olan Hambal rolu qəzəlxanın həyatını dəyişir, aktyorluq keyfiyyətlərini üzə çıxarır. Bundan sonra 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə “Bir məhəllədən iki nəfər”, 1958-ci ildə “Kazbek qutusu” bədii filmlərində rol alır. Amma qəzəlxanın sakit, qapalı adam olması onun çox filmlərdə çəkilməsinə imkan vermədi. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əhməd Əhmədovun 18 yaşı olanda artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif həcmli rollar ifa etməyə başlayıb Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxdı. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başladı. “Humay” poemasını qələmə aldı. Tezliklə “Səadət uğrunda”, “Seyran”, “Qana qan” əsərləri GTT-da səhnəyə qoyuldu. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirdi. Deyilənə görə, şair-qəzəlxanın yüzlərlə qəzəli mövcuddur.

MM.AZ