Xəstəxanada yatarkən Üzeyir Hacıbəyova baş çəkənlərdən biri də Səməd Vurğun idi.
Şair yataq otağının açıq qapısından içəri boylanır. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, sakitcə ona baxırdı. Üzünün rəngi qaçmışdı. Şair yatağa yaxınlaşanda xəstə qalxıb ona əl vermək istədi, bacarmadı. Səməd Vurğun ustadın soyuq əllərindən öpür.

– Oğul, könlüm səni necə istəyirdi, biləsən. Görürsən də… Deyəsən, vaxtdır. Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? Köçmək gərək bu dari-fənadan yavaş-yavaş…
Səməd Vurğunun ürəyi dözmür. Diz üstə çöküb Üzeyir bəyin yatağını qucaqlayır, uşaq kimi ağlamağa başlayır. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayır.
– Köçmək gərək bu dar fənadan yavaş-yavaş…
Sonralar Səməd Vurğun Üzeyir Hacıbəyovun vəfatı münasibətilə “Ölüm sevinməsin qoy” misraları ilə başlayan məşhur şeirini yazır.
MM.AZ
MM.AZ