Tramp avqustun 15-i Putinlə görüşüb, Ukrayna savaşı barədə üz-bəüz söhbət edərək, birbaşa təkbətək təmasla yəqin, onun özünü və fikrini öyrənib bilmək istəyir. Və həm, eyni zamanda da, yəqin ki, çalışar, ona təsir etsin ki, Ukrayna mövqeyində, onu haqsız yanlışından ayıltsın.
Avropanın isə, əsas aparıcı dövlətləri Trampın onlarsız və əsas da Zelenskisiz Putinlə görüşü əksinə çıxış edirlər. Trampın görüşdə, Ukrayna və hətta Avropa maraqları əksinə razılaşmaya yol verəcəyindən narahatdırlar. Və Zelenski də bu barədə sərt və etirazlı bəyanatla çıxış edib.
Zənnimcə, bu dərəcədə narahatlığa, Trampın Putinlə Ukrayna torpağı üzərində ‘oyun’ qurma fikrinə elə çox əsas görünmür. Tramp axı, niyə bağışlasın Ukrayna torpağını durduğu yerdəcə, Putinə görə Ukraynadan və Avropadan keçsin?
İkincisi, Tramp istəsə belə, icazəsiz necə verə bilər dünya tanıyan samballı, müstəqil dövlətin ərazisini, Ukrayna xalqı, dövləti icazəsi, razılığı olmadan? Lap tutaq ki, razılıq verdi sonrası nə, son söz təbii ki, Ukrayna xalqının, dövlətinindir.
Qaldı ki, Tramp Putinlə təkbətək görüşürsə, nə ziyanı? Bəlkə, Trampın bir metodu var ki, Putini öz təsirinə salıb ya, Rusiyada iqtisadi layihələr qurmaq, ölkəni böhrandan çıxarmaq və inkişaf etdirmə sözü verməklə savaşı bitirmək istəyir?
Bəlkə öz təsir metodunu məqsədini açıq bəyan edə bilmir, Putin bilərək, görüşə getməz? Bəlkə də ona görə “torpaq mübadiləsi” deyir ki, Putin həvəsə gəlib, görüşdən qaçmasın! Bəlkə də bu görüşlə tam aydın etmək istəyir Putini, ‘hə-yox’ ki bundan sonra Putinlə bilsin işini, təzyiqlərini.
Tutaq ki, Tramp Zelenskini də apardı Alyaska görüşünə, nə alınacaq ki? Zelenski, müharibə əzab dəhşəti içindən çıxan, emosional gərgin, çılğın adam. Putin də natural əsəb, Parkinson xəstəsi, onun bütün mərkəzi və vegetativ sinir sistemini yeyib çürüdüb bu xəstəlik. O tərs-bu tərs, müharibənin qızğın vaxtı bir-birinə nifrət, birdən-birə, psixoloji hazırlıqsız görüşdülər. O dedi yox, bu dedi yox, pozuluşdu Tramp qalır arada, hə, nə olsun? Tamamilə, yersiz söhbət.
Düşünürəm ki, yaxşısı Tramp Rusiya lideri ilə danışar, siyasi vəziyyətə münasibətini öyrənib qiymətləndirər. Bundan sonra Ukrayna liderilə görüşüb danışıq aparar və məsələnin anlayış xəttini nəzərdən keçirər. Yalnız, bu hər iki ölkə prezidentinin fikirlərini öyrənib, ölçüsü-biçisini edəndın sonra Tramp birgə üçtərəfli danışıqlar apara bilər. Nəticə olaraq da, ya deyər ki, sülhə gedin, ya deyər, müharibə qaçılmazdırsa, edin.
Müharibə yolu isə, belədir ki, ABŞ Ukraynaya mütləq ciddi kömək etməlidir, Rusiyanın geri oturdulması qədər. Tramp məncə bilməlidir ki, Ukraynanın bu konflikt, savaşda uduzması tək Avropanın deyil, həm də, ABŞ-ın məğlubiyyəti ola bilər. Qərbin və əsasən də ABŞ-ın düşməni olan Putin bu savaşdan qalib çıxarsa, ruhlanıb bütün dünyaya meydan oxuyar. Güclüyə meylli bir xeyli ölkələri ətrafına yığar. Və Trampın əldə etdiyi, Yaxın Şərq, Cənubi Qafqaz s. üstünlüyü sual olar. Və bununla, ABŞ-ı, müttəfiqlərini, öz karyerasını çox geri salar. Putinlə oyun olmaz!
MM.AZ
MM.AZ