Xalq üsulları ilə “qaraciyəri təmizləmək” təhlükəli ola bilər

Səhiyyə

Son illərdə internetdə qaraciyəri “toksinlərdən təmizləmək” üçün müxtəlif xalq üsulları geniş yayılıb. Lakin mütəxəssislər bu yanaşmaların sağlamlıq üçün riskli olduğunu bildirir.

 Dövlət Təhsil Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov deyir ki, qaraciyərin vəziyyətini qiymətləndirməyin ən etibarlı yolu biokimyəvi qan analizidir.

Onun sözlərinə görə, həkimlə məsləhətləşmədən belə üsullara əl atmaq ciddi fəsadlara – viral hepatit, sirroz və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Məsələn, qaraciyər nahiyəsinə isti qoymaq və ya yalnız tərəvəz pəhrizi ilə qidalanmaq öd yollarındakı daşların hərəkətini sürətləndirə, iltihaba yol aça bilər. Bu üsullar xəstəliyin səbəbini aradan qaldırmır və həkim tərəfindən təyin olunan müalicəni əvəz edə bilmir.

Umnov vurğulayıb ki, qaraciyərin sağlam qalması üçün mütəmadi tibbi müayinədən keçmək, analiz vermək və dərmanları yalnız həkim təyinatı ilə qəbul etmək vacibdir. İlk narahatedici əlamətlər görünəndə isə mütləq mütəxəssisə müraciət edilməlidir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir