Kəramət Şükürov vəfat etdi

Hadisə

Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.

“Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.

K.Şükürovun vəfat səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub. Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən “Yazıçı” və “Elm” nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət “Novruz”, “Oğuz eli” qəzetlərində əməkdaşlıq edib. “Nəfəs”, “Yeni quruluş” qəzetlərinin baş redaktoru, “Məqam” qəzetinin şöbə müdiri olub.

ALLAH RƏHMƏT ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir