Əslən Lerik rayonunun Amburdərə kəndindən olan tanınmış həkim, ölkəmizdə ilk dəfə qaraciyər transplantasiyası cərrahi əməliyyatını həyata keçirən, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi 1977-ci ildə Bakıda həkim ailəsində anadan olub.
-Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirən Mircəlal Kazımi 2001-ci ildə internatura təhsilini başa vuraraq Universitetin Cərrahi xəstəliklər kafedrasında baş laborant kimi işə başlayıb.
-Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirən Mircəlal Kazımi 2001-ci ildə internatura təhsilini başa vuraraq Universitetin Cərrahi xəstəliklər kafedrasında baş laborant kimi işə başlayıb.
–2003-2008-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində “Cərrahiyyə və orqan transplantasiyası” şöbəsində təhsilini davam etdirib.
–2008-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasında çalışan Mircəlal Kazımi Xəstəxananın “Cərrahiyyə və orqan transplantasiyası” şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.
-2018-ci ildən Mərkəzi Gömrük Hospitalının “Cərrahiyyə və orqan transplantasiyası” şöbəsinin rəisi vəzifəsində çalışır.
-Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını (2008) uğurla həyata keçirib.
–Azərbaycanda ilk dəfə uşaqlarda qaraciyər transplantasiyası əməliyyatını uğurla həyata keçirib.
–Azərbaycanda ilk dəfə pediatrik böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib.
Mircəlal Kazımi Azərbaycanda ilk və dünya səhiyyəsində nadir hesab olunan əməliyyatla da tibb tarixinə düşüb (5 yaşlı uşaq üzərində eyni anda həm ürək, həm də qaraciyər köçürülməsi əməliyyatı). Kazımi bu əməliyyatı kardiocərrah Rəşad Mahmudovla birgə icra edib.
Uğurlar arzu edirik.
MUASİRMEDİA.AZ