Elcan bir müddətdir Türkiyədədir,Leyla Əliyevin dəstəyi ilə sağalıb

Hadisə
Yəqin ki, Elcanı xatırlayırsınız; yüksək balla UNEC-ə qəbul olmuş məzunumuz idi və səhhətində ciddi problem yaranmışdı.
Gözəl xəbər odur ki, Elcan bir müddətdir Türkiyədədir, o artıq vacib olan əməliyyatı keçirib və sağlamlığına qovuşmaq üzrədir.
Məlumat üçün qeyd edək ki, əməliyyatın bütün xərclərini və transferi bizim dəyərli Leyla xanım Əliyeva öz öhdəsinə götürmüşdür.
Təsadüfmü, ya Elcanın yaşamaq eşqimi, ya Sizin dualarınızmı, hər nə isə, onların görüşməsinə və bu əməliyyatın bütün xərclərinin Leyla xanım tərəfindən qarşılanaraq Türkiyəyə göndərilməsinə və əməliyyatın uğurla keçməsinə səbəb olmuşdur.
Özümüzə borc bilərək Saatlı sakinləri, xüsusilə təhsil ictimaiyyəti adından savadlı və dəyərli bir gəncin yenidən həyata tutunmasında birbaşa vasitəçi olan Leyla xanım Əlyevaya öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, etdiyi xeyirxah və insanpərvər addımına görə alqışlayırıq.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir