İran prezidenti Məsud Pezeşkian deyib ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək və Ermənistan üzərindən keçəcək “Zəngəzur dəhlizi” barədə bütün tələblər Tehranın istədiyi kimi təmin olunub. Onun sözlərinə görə, bu dəhliz xəbərlərdə şişirdildiyi qədər böyük layihə deyil və İran üçün əsas olan ərazi bütövlüyünün qorunması, Avropa ilə əlaqənin saxlanılması və şimalla bağlantının kəsilməməsidir.
Prezident yeganə narahatlığın yolun bir erməni və bir amerikalı şirkət tərəfindən tikilməsi ilə bağlı olduğunu bildirib. Mövzu Ermənistan rəsmiləri ilə də müzakirə olunur.
MM.AZ